Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Cəmil Həsənli: Əliyev rejimi özünün möhtəşəm media “komandası” və trol orudusu ilə jurnalist Osmanqızının üzərinə yeriyir
2019-05-03 13:19:43

Milli Şuranın sədri Cəmil Həsənli: İlham Əliyev rejimi özünün möhtəşəm media “komandası” və trol orudusu ilə jurnalist Sevinc Osmanqızının üzərinə yeriyir. Hakimiyyət müstəqil jurnalisti əsası olmayan şəxsi həyat şantajı ilə təhdid edir. Doğrusu, Avropa Şurası nümayəndələrinə Bakı hotellərində qadın təklif edən hakimiyyətdən namuslu bir şey gözləmək mənasızdır. Sevinc Osmanqızı bu gün ən böyük auditoriyası olan bir media qrumuna rəhbərlik edir, gecə-gündüz sədaqətlə millətə doğru-dürüst, alternativ informasiya verməyə çalışır və böyük uğurlara imza atır.

Nadürüst adamları da narahat edən Sevinc Osmanqızının Azərbaycan cəmiyyətində etimad göstərilən informasiya mənbəyinə çevrilməsdir. Əvvəl yaxın qohumları ilə təhdid etdilər Sevinc xanımı, hətta doğmalarına ondan imtina ərizəsi belə yazdıra bildilər. Sonra Osmanqızı tv-yə hücumlar təşkil etdilər. Sovet dövründə olduğu kimi onun səsini boğmağa çalışdılar. Amma bir şeyə nail ola bilmədilər. Hazırda isə daha əxlaqsız təhdidlərə əl atıblar. Bunun da iflasa uğraması labüddür. Çünki metod, taktika, yanaşma, düşüncə əxlaqsızlıq üzərində qurulub. İdarə, müəssisə, nazirliklərdə çalışan trol sürüsünü namuslu bir jurnalistə qarşı səfərbər edən bir hakimiyyət mənəvi baxımdan iflasa məhkumdur. Çünki bu məsələdə hakimiyyət başını quma basdırmış dəvəquşuna bənzəyir.