Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Corc Kent: “Biz mühakimə olunmuş jurnalistləri azadlıqda görəcəyimizə ümid edirik”
2019-05-03 12:27:54

Mayın 2-də ABŞ dövlət katibi köməkçisinin müavinnin müşaviri George Kent Bakıya səfərinin yekunu olaraq brifinq keçirib.

Turan Agentliyinin məlumatına görə, cənab Kent brifinqdə həbsdə olan jurnalistlərin məsələsinə toxunaraq, onları azadlıqda görməyə ümid etdiyini bildirib:

“Ümumdünya Mətbuat Azadlığı Günü ( mayın 3-də) münasibətilə sizin peşəyə öz hörmətimi bildirmək istərdim. ABŞ hesab edir ki, Azərbaycan da daxil olmaqla, istənilən ölkəyə azad media lazımdır. Bilirik ki, burada həbsdə olan bir neçə jurnalist var. Ümid edirik ki, onlar azad olunacaq və bütün jurnalistlər sərbəst işləmək imkanları əldə edəcək. Azad medianın zonası genişlənir və bir gün AzadlıqRadiosu yenə Azərbaycana qayıdacaq," o qeyd edib.

Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemi almasının və onların Azərbaycana verilməsinin mümkünlüyü barədə sualın cavabında cənab Kent deyib ki,Vaşinqtonun mövqeyi dəyişməzdir.

Onun deməsinə görə, NATO üzvü olan Türkiyənin Rusiya sistemindən istifadə etməsi NATO-nun təhlükəsizliyinə ziddir. S-400-ün Azərbaycana verilməsinə gəlincə, Kentin sözlərinə görə, bu söhbətlər əsassızdır.

ABŞ dövlət katibi köməkçisinin müavini George Kent ötən ilin oktyabrında da Azərbaycanda səfərdə olub. O, onda da AzadlıqRadiosunun məsələsinə toxunmuşdu.

“Çox ümid edirəm ki, növbəti səfərim zamanı AzadlıqRadiosunun reportajlarını dinləyə biləcəyəm," deyə o bildirmişdi.