Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Son zamanda Artsax-Azərbaycan münaqişə qoşunlarının təmas xəttinin müxtəlif hissələrində rəqib hərəkətlərinin artması müşahidə olunur
2019-05-03 12:25:05

Son zamanda Artsax-Azərbaycan münaqişə qoşunlarının təmas xəttinin müxtəlif hissələrində rəqib hərəkətlərinin artması müşahidə olunur. Bunlar həm böyük miqyaslı mühəndislik işləri, həm də atəşkəs rejiminin pozması ilə nümayiş olunur.

Bu barədə Artsax Respublikası MN mətbuat xidmətindən məlumat verilir.

Diqqətəlayiqdir ki, Azərbaycan tərəfi müntəzəm olaraq yalnız MO ön mövqeləri deyil, həmçinin döyüş növbətçiliyi aparan erməni personalın arxasında olan hərəkətli obyektləri hədəfə alır. Xüsusilə, Azərbaycan SQ son zamanlarda “SVD” tipli snayper tüfənglərindən MO şərqi (Akna) hissəsində yerləşdirilmiş hərbi hissələrdən birinin çörək maşınına atəş açaraq banına zərər verdi. Mayın 2-dən 3-nə keçən gecə ordunun şimal-şərq hissəsindəki (Matağis) döyüş mövqeləri istiqamətində iri miqyaslı snayper tüfənglərindən və pulemyotlardan təxminən 330 güllə atıb.

Artsax Respublikası Müdafiə Nazirliyi qeyd edilmiş faktları ATƏT-in MQ həmsədr ölkələrinin diqqətinə yetirərək, Azərbaycan tərəfini vəziyyəti süni bir şəkildə sərtləşdirməkdən çəkinməyə çağırır.