Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
BƏƏ Dövlət naziri ER Baş nazirnə əldə edilmiş razılaşmalardan məmnun olduğunu bildirib
2019-05-04 11:24:38

ER Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Naziri, Ermənistan-BƏƏ hökumətlərarası komissiyasının həmsədri Əhməd Əl Əli-Saiqi və onun nümayəndə heyətini qəbul etmişdir.ER Baş nazirin iş heyətindən verilən məlumata görə,Baş nazir mayın 2-də Ermənistan-BƏƏ hökumətlərarası komissiyasının ilk iclasının keçirilməsinin vacibliyini vurğulayıb və bu erməni-əmirliklər münasibətlərinin inkişafının müzakirəsi üçün yaxşı bir platform olduğunu qeyd etmişdir..Həmsöhbətçilər müxtəlif istiqamətlər üzrə iqtisadi əməkdaşlığın dərinləşməsinə dair məsələləri müzakirə ediblər. Baş nazir qeyd edib ki, hökumət biznes mühitinin yaxşılaşdırılması, iqtisadi inkişaf üçün bərabər şərait yaradılması və xarici investisiyaların cəlb edilməsi məqsədilə genişmiqyaslı islahatlar aparır. Erməni-əmirliklər iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından Nikol Paşinyan kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, bərpa olunan enerji mənbələri, su anbarlarının tikintisi sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçirdi. Hökumətin rəhbəri qeyd edib ki, Yəmən YATM və üçüncü ölkələrin bazarlarında BƏƏ iş adamları üçün Ermənistan körpü ola bilər. İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşməsi kontekstində Baş nazir BƏƏ şirkətlərinin 2019-cu il hadisələrində fəal iştirak edəcəklərinə ümid etdiyini bildirib. Dünya İnformasiya Texnologiyaları Konqresi oktyabr ayında Yerevan şəhərində keçiriləcək.Əhməd Əl-Səidi BƏƏ-nin Baş nazir tərəfindən göstərilən sahələrdə birgə proqramların həyata keçirilməsində maraqlı olduğunu və BƏƏ-nin siyasi, iqtisadi və humanitar sahələrdə Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd etmişdir.