Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Sizin üçün ticarət, bizim üçün ölüm: Xİ naziri İsrail silahının Bakıya satılması barədə
2019-05-04 11:56:18

İsrail tərəfindən Azərbaycana silah satılması məsələsi Yerevanı narahat etməyə bilməz və bunun üçün müxtəlif səbəblər var. Bu barədə İsrail Kan News-a verilmiş  müsahibə zamanı Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan  deyib.
“İlk növbədə bu İsrail üçün ticarət, bizim  xalqımıza qarşı ölümcül silahdır. Biz  onun bizə qarşı istifadəsini görmüşük. Biz onun tədbiqi nəticəsində  zərər çəkirik. İndi siz buna necə davrandığımızı anlayırsınız.İkincisi, ölkəmiz öz təhlükəsizliyinin vacibliyini  çox yaxşı anlayır və əminəm ki, siz  nə barədə danışdığımı  yaxşı anlayırsınız”- deyə nazir qeyd edib.
Mnatsakanyan qeyd edib ki, erməni tərəf özü müdafiə etmək bacarıqlarında həmişə əmin olub v ə olacaq. 
“Bu məsələdə alternativ yoxdur, amma bölgəmizdə  sülhün və təhlükəsizliyin müdafiəsi, bütün tərəflər üçün məqbul  əsaslarda münaqişənin sülh yoluyla  həllərinin  tapılması istəyi var. Doğrudur, bölgəmizin vəziyyəti   bütün bunlar üçün o qədər də əlverişli deyildir. 
Xatırladaq ki, 201-cu ilin fevralında məlum olmuşdur ki, İsrail Aeronautics Defense Systems Ltd (ADS) şirkəti  Azərbaycana pilotsuz uçan aparatın təchizatına yenidən başlayıb.