192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Aşot Qulyan “Gənc Xristian Birliyi” beynəlxalq təşkilatının nümayəndə heyətini qəbul etdi
2019-05-06 11:37:47

Parlament sədri Aşot Qulyan Artsaxa gələn “Gənc Xristian Birliyi” (YMCA) beynəlxalq təşkilatının nümayəndə heyətini qəbul etdi. Bu barədə Artsax Respublikası Parlamentindən məlumat verilir.

Nümayəndə heyətində təşkilatın Rusiya, Belarusiya, Gürcüstan, Ukrayina və İspaniyadan olan nümayəndələri daxildir. AR Parlamentinin sədri müasir dünyada ümum insani dəyərlərin saxlanılması baxımından təşkilatın roluna əhəmiyyət verib. Müxtəlif ölkələrin gənclərinin təmasları və fikir mübadilələrinin zərurətindən danışanda Aşot Qulyan qeyd etdi ki, təşkilatın Artsaxda olan mövcudluğu böyük dünyaya bir pəncərədir və bununla da yerli gənclik özünü dünyanın ayrılmaz bir hissəsi kimi hiss edir.

Görüş zamanı parlament sədri təşkilat üzvlərinin Artsaxda layihə genişləndirmə imkanlarına, beynəlxalq qurumların Qarabağ məsələsinin nizamlanmasında olan roluna, Artsax gənclərinin gələcəyinə dair suallarına cavab verib.