Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Konfransın yekunları: Azərbaycanda mətbuat böhranlı vəziyyətdədir
2019-05-06 15:04:36

Mayın 3-ü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşkilatçılığı ilə Ümümdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "Azərbaycanda Mətbuat Azadlığı" adlı konfrans keçirilib.

Konfransda çıxış edən jurnalistlər, jurnalist təşkilatların nümayəndələri və hüquq müdafiəçilər Azərbaycanda media durumundan danışaraq indiki acınacaqlı vəziyyətdən çıxış yollarını axtarıblar, təklifləri səsləndiriblər.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycanda mətbuatın vəziyyətini kritik adlandırdı. Onun sözlərinə görə, qanunvericiliyə edilmiş çoxsaylı dəyişikliklər, saytların bloklanması, jurnalistlərə qarşı təqiblər, o cümlədən çoxsaylı məhkəmə proseslər sübut edir ki, ölkədə medianın vəziyyəti heç də yaxşı deyil. O qeyd etdi ki, söhbət ancaq media azadlığından getmir, bütövlükdə söz azadlığından gedir. "Biz dəfələrlə vəziyyətdən çıxış yollarını təklif etmişik, lakin bu təkliflər nəzərə alınmadı".

"Yenı Nəsıl" Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Media və islahatıar" mövzusunda çıxış edib. O hesab edir ki, ictimai fəallar daha aktiv olmalıdır və bu aktivlik vətəndaş cəmiyyətinin proseslərə nə dərəcədə təsir etdiyini göstərir. A.Əliyev qeyd edib ki, mediada islahatlar aparılmalıdır, bundan ötrü isə o, öz müstəqilliyini bərpa etməlidir, çünki indi öz peşə təyinatını həyata keçirməyə hazır deyil. "90-cı illərin sonlarında media bazarının 55 faizinə müstəqil mətbuat nəzarət edirdi. Bu gün bu nəzarət 3 faizdən çox deyil. Bu gün Azərbaycan cəmiyyəti və medianın qalan hissəsi öz gücünü göstərməyə qadirdir və onu göstərməlidir".

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli öz çıxışında söz azadlığına yaradılan maneələrdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda ənənəvi media demək olar ki, sıradan çıxıb, ilk plana sosial media keçib. O qeyd edib ki, media, jurnalistlər öz-özlərinə azad ola bilməzlər. Dövlətin timsalında belə mühiti yaradan tərəf olmalıdır. Ekspert məhkəmə qərarı olmadan 60-dan çox saytın bloklandığını bildirib. O qeyd edib ki, islahatlar qanunvericilikdən başlamalıdır. "Qanunvericilik liberallaşdırılmalıdır. Əgər hakimiyyət dəyişiklik eləmək, islahatçı imici yaratmaq istəyirsə o zaman mətbuata müstəqillik verməlidir".

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli öz çıxışında ictimai televiziyanın vəziyyətindən danışıb. O qeyd edib ki, televiziya öz təyinatını - obyektiv, plüralist, düzgün informasiyanın tamaşaçılara çatdırlması - yerinə yetirmir. Burada dövlətin də məsuliyyəti və günahı var.

Onun fikrincə, teleməkanda islahatlara ehtiyac var. Nəticədə o, itirilmiş auditoriyanı geri qaytara və tamaşaçıların etimadını bərpa edə bilər.

Çıxışçılar qeyd ediblər ki, hazırda məhkəmə qərarı olmadan 60-dan çox sayt bloklanıb, ciddi senzura hökm sürür, informasiya toplanması imkanları ciddi məhdudlaşdırılıb.

Konfransda söz, mətbuat azadlığı sahəsində ciddi islahatların, qanunvericiliyin liberallaşdırılmasının, jurnalistlərə qarşı zorakılığa görə cəzasızlığa son qoyulmasının, həmçinin həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyi bildirilib.

Konfrans iştirakçıları hakimiyyətin siyasətini pisləyiblər. Belə ki, bu siyasət media mühitə qara piar, aqressiya, düşmən dili gətirib. Onlar bu siyasətə son qoyulmasına çağırıblar.

Konfransa skayp vasitəsilə xaricdə yaşayan azərbaycanlı jurnalistlər - RATİ-nin rəhbəri Emin Hüseynov, Sevinc Osmanqızı, Leyla Mustafayeva qatılıblar.