Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Nikol Paşinyan və ABŞ-ın dövlət katibinin müavini ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
2019-05-07 10:00:32

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Baş nazir qeyd edib ki, Birləşmiş Ştatlarla dostluq münasibətləri və konstruktiv tərəfdaşlığın ardıcıllıqla dərinləşməsi Ermənistan üçün mühüm əhəmiyyətlidir ki, o da islahatlar mərhələsində olan və demokratiyanın institusional və iqtisadi gücləndirilməsi yoluyla irəliləyir.ABŞ dövlət katibi köməkçisinin müavini bildirib ki, Birləşmiş Ştatlar Ermənistanla münasibətlərin inkişafında və ölkəmizin önəmli sahələrində əməkdaşlıqda maraqlıdır. Həmsöhbətçilər qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Nikol Paşinyan məhkəmə sisteminin islahatını, korrupsiyaya qarşı mübarizə və seçki və polis sahələrində əməkdaşlığın mühüm institusional istiqamət kimi göstərildiyini bildirdi. Baş nazirin verdiyi məlumata görə, Ermənistanda azad və demokratik seçkilər keçirilib ki, bu da institusional baxımdan təmin olunmalıdır və bu sahələrdə islahatların aparılması olduqca vacibdir. İqtisadi əlaqələrin inkişafından danışan dövlət başçısı, su anbarları, infrastruktur, texnologiya və ətraf mühit sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirdi. Corc Kent ABŞ-ın Ermənistanın demokratiyaya, iqtisadi tərəqqiyə və müxtəlif istiqamətlərdə atılan addımlara həvalə etdiyini və islahat prosesində Ermənistan hökumətini dəstəkləməyə hazır olduğunu qeyd etdi. ER Baş naziri və dövlət katibinin müavini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, regional problemlər və proseslər ətrafında fikir mübadiləsi aparıblar.