Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
DQ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır: Milan Ştek
2019-05-07 11:18:42

ER Parlamentinin sədri Ararat Mirzoyan Çexiya Parlamenti Senatının sədr müavini Milan Ştekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Bu haqda ER parlamentindən məlumat verilir.

Ararat Mirzoyan erməni tərəfinin Çexiya və Ermənistan arasında olan sıx əlaqələrini daha da inkişaf etdirmək istədiyini qeyd etdi. Bu kontekstdə Parlament sədri parlament diplomatiyasının, ikitərəfli parlamentlararası əlaqələrin roluna əhəmiyyət verdi.

Mirzoyan Çexiya deputatlar Palatasına Erməni Soyqırımını qınayan qərar almaq üçün öz minnətdarlığını ifadə edib və ümid edib ki, gələcəkdə o Senat tərəfindən də qəbul olunacaq.

“Əminəm ki, 1915-ci ildə Osmanlı İmeprasiyasında baş verənlər soyqırımdı”,-deyə Milan Ştek bəyan edib ki, bu faktın Çexiya Senatı tərəfindən də qəbul olunması üçün səylər göstərəcək.

Ermənistan üçün həssas məsələlərdən danışanda parlament sədri erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə və ATƏT-in MQ həmsədrliyi formatında həll etmə öhdəliyini qeyd etdi.

Senatın sədr müavini vurğuladı ki, öz ölkəsi bütün səviyyələri ilə ATƏT-in MQ səylərini dəstəkləyir və DQ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

Qonaq parlamentlərarası əlaqələrinin gələcək fəallaşmasına əhəmiyyət verərək nümayəndə heyətinin əsas məqsədini – Ermənistanın regional imkanlarına, paytaxtı və rayonlarının iqtisadi imkanlarının balanslı inkişafı üçün sürülən siyasəti və investisiya qoyma prespektivləri ilə tanış olma məqsədini təqdim etdi.