192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İqtisadçı: Hökumət aztəminatlı ailələrin hesabına budcəyə ''qənaət edib''
2019-05-07 15:55:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin hesabatını açıqlayıb.

Sənəddə deyilir ki, 2018-ci il dekabrın 1-dək olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub. Onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri- dövlət sektorunda fəaliyyət göstərib:

İqtisadçı Nemət Əliyev deyir ki, 467 min nəfər üzvü olan 117 min aztəminatlı ailə Ünvanlı Dövlət Sosial Yardımı almaqdan məhrum edilib. Ünvanlı yardım alanların siyahısını ucdantutma doğrayıb töküblər:

"2018-ci ilin sonuna olan vəziyyətə görə dövlət büdcəsinin vəsaitləri hesabına Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) alan ailələrin sayı 42,7 minə (ailə üzvlərinin sayı ≈171 min⁡ nəfərə) düşüb. Bu haqada məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Nazirliyin yaydığı başqa bir məlumata görə ünvanlı yardım alan aztəminatlı ailələrin sayı 2017-ci ilin sonuna olan vəziyyətə görə 80 min (320 min nəfər ailə üzvü), 2016-cı ilin sonuna olan vəziyyət görə isə 159,5 min (638 min nəfər ailə üzvü) olub".

N. Əliyev deyir ki, beləliklə, son 1 ildə 149 min nəfərin (37 min ailənin), son 2 ildə isə 467 min nəfərin (117 min ailənin) yardımı kəsilib:

"Aztəminatlı ailələrin sosial yardımlardan məhrum edilməsi hesabına hökumət son 1 ildə 102 milyon manat (49%) büdcə vəsaitinə “qənaət edib”. Yəqin, bunu da islahatlar siyahısına aid ediblər".

Nemət Əliyev deyir ki, sosial müdafiəyə və sosial təminata daha çox ehtiyacı olan insanlara hökumətin bu cür münasibət göstərməsi yolverilməzdir.