192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
AXCP fəalı bu il eyni ittihamla üçünücü dəfə həbs edilib
2019-05-07 16:43:30

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon Şöbəsinin fəalı Əlzamin Salayev bu il üçüncü dəfə eyni ittihamla həbs edilib. Bu gün salıyan rayon Məhkəməsi Əlzamin Salayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandıraraq 15 sutka inzibati həbsə məhkum edib. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

Əlzamin Salayev bundan öncə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə yanvarın 10-da 25 sutka, fevralın 18-də 15 sutka inzibati həbsə məhkum edilib.

“Yanvarın 19-da Milli Şuranın keçirdiyi kütləvi mitinqdən sonra Əlzamin Salayev də daxil olmaqla altmışdan çox AXCP fəalı həbs edilib. Bir neçə fəal eyni ittihamla bir neçə dəfə həbsə məhkum edilib. Bu siyasi fəallara qarşı yeni repressiya dalğasıdır. Hökumət məhkəmə-hüquq islahatlarından danışır, amma siyasi fəlları şərləyərək həbs etdirir. Siyasi müxalifətə qarşı həbs dalğasının davam etdirilməsi hökumətin islahat bəyanatlarının reallıqdan uzaq olduğunu göstərir,” Bayramlı qeyd edib.