192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Ermənistan-Amerika stratejik dialoqun ilk sessiyasında ABŞ Ermənistanla işləmə öhdəliyini təsdiq etdi
2019-05-08 10:54:06

ABŞ hökuməti Ermənistan-Amerika stratejik dialoqunun ilk sessiyasında firavan Ermənistan qurma yolunda Ermənistanı dəstəkləmə və ölkəmizlə işləmə öhdəliyini yenidən təsdiq etdi. Bu haqda mətbuat konfransında dialoqun həmsədri, ABŞ Dövlət katibi müavininin köməkçisi Corc Kent bildirib.

“Bu gün biz dostluq və əməkdaşlıq ruhu ilə görüşdüq. Biz çox şaddaq ki, bu nümayəndə heyətimizlə Ermənistandayıq. 8 saatlıq görüşlərimiz çox tez keçdi və biz əməkdaşlıq və tərəfdaşlıq ruhu ilə Ermənistanla işləməyə hazır olduqlarımızı təsdiq etdik. Biz qonşuları ilə sülh içində yaşayan firavan və demokratik Ermənistanı görmək istəyirik”,-deyə Kent qeyd edib.

İclasdan sonra Ermənistan Xİ naziri Zohrab Mnatsakanyan və ABŞ Dövlət katibi müavininin köməkçisi Kent əməkdaşlıq müqaviləsi imzaladılar.