192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Azərbaycan prezidenti ilə mənim aramda əlaqələr qurulub və biz nə olduğunu baş düşməyə çalışırıq: Nikol Paşinyan sərhəddəki gərginlik barədə
2019-05-08 13:55:29

Azərbaycan son 25 ildə intensiv şəkildə müharibəyə hazırlaşır. Bunu ER Baş naziri Nikol Paşinyan mətbuat konfransında son zamanda sərhəddə gərginliyin artmasına və Azərbaycan tərəfindən müharibəyə başlama ehtimalına toxunurkən bildirib.

“Əgər hər gün atəş açılırsa, bu demək ki, biz müharibə vəziyyətindəyik. Son günlərdə gərginlik hiss olunur, lakin ümumiyyətlə mövcut olan sabitlik saxlanmaqdadır”,-deyə o qeyd etdi.

Paşinyan xatırlatdı ki, Azərbaycan prezidenti və onun arasında əlaqələr qurulmuşdur. “İndi mən nə olduğunu başa düşməyə çalışıram. Biz məlumatlar və narahatlıqlar mübadiləsi aparırırq, əlbəttə ki, qarşılıqlı ittihamlar da olur. Ümidvaram ki, bu vəziyyəti, nə və nedən olduğunu anlaya bilərik”.

Nikol Paşinyanın fikrincə, məsələ həll olunanadək Azərbaycan tərəfinin müharibəyə başlama yanaşması dəyişməz olaraq qalacaq. Onun sözlərinə görə, özü və MN bu faktı nəzarətdə saxlayır.

“Biz düşünürk ki, bütün tərəflər Vyana bəyanatına sadıq qalmalıdır. Biz isə burda qeyd etmişik ki, atəşkəs rejimi saxlanılmalı və gücləndirilməlidir. İndi biz nə və nedən baş verdiyini anlamalıyıq. Əcəba tərəflərdən biri sabitliyi pozma əmrimi verdi? Yoxsa vəziyyət niyə gərginləşir. Ancaq mən buna destabilizasiya deməzdim. Mən buna bəzi günlərdə, bəzi halların qeydi deyəcəkdim. Azərbaycan tərəfi də bizə bəzi informasiya verir, öz narahatlığını ifadə edir və bəzi halları qeyd edirlər. Qarşılıqlı ittihamlar var, indi biz anlamalıyıq. ATƏT-in fəaliyyətində olan katibinin şəxsi nümayəndəsi vasitəsi ilə komunikasiya təmin etməyə çalışırıq və nəticədə yekunlarımızı edərik”,-Paşinyan bildirib.