192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan vətəndaşları hüquqi yardımdan məhrum qalıb - hüquqşünas
2018-11-22 14:58:51

Hüquqşünas Namizəd Səfərov "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycanda vəkillik institutunun durumu və insanlara hüquqi yardımın vəziyyətindən danışıb.

Hüquqşünasın sözlərinə görə, 2000-ci ilədək Azərbaycanda cəmi 500 vəkil fəaliyyət göstərirdi. "Bu gün vəkillərin sayı 300 nəfər artırılıb. Mən bunu dünyada ən aşağı göstərici hesab edirəm. Adam başına düşən vəkillərin sayına görə Azərbaycan dünyada axırıncı yerlərdən birini tutur".

"2017-ci ilin axırlarında Milli Məclis, səhv etmirəmsə, Ali Məhkəmənin sədrinin təqdimatı ilə Mülki Prosesual Məcəllədə əlavə və dəyişikliklər edərək, indiyə kimi vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətinə xitam verdi. Bu vaxtadək hüquqşünaslar ayrı-ayrı vətəndaşların müraciəti ilə onlara həm pullu, həm də pulsuz hüquqi yardım göstərirdi. Bunların sayı 7 mindən artıqdır. Bu gün birdən-birə bir qərarla cəmi 1300 nəfər vəkilin olduğu ölkədə 7 min hüquqşünasın fəaliyyətinə xitam verildi. Bunu da onunla izah etmək istəyirdilər ki, guya vəkilliyin keyfiyyətini yüksəltmək istəyirlər. İndi bütün məhkəmələrdə vəkillərin çatışmazlığı meydana çıxıb. Vətəndaşlar nə özlərinə nümayəndə tapa bilir, nə də vəkil tapa bilir. Bu gün vətəndaşlar maddi cəhətdən elə aşağı səviyyədədir ki, onlar özlərinə vəkil tutmaq imkanına malik deyillər. Vəkilin müdafiəyə başlaması üçün ən azı müqavilə bağlamaq lazımdır. Ona görə də hesab edirəm ki, bu, qəsdən edildi, vətəndaşların dövlət hakimiyyət orqanlarının özbaşınalıqları qarşısında tərkisilah olunması ilə nəticələndi. Bu qərarın nəticəsi ondan ibarət oldu ki, vətəndaşlarımız müdafiəsiz qaldı."- deyə o qeyd edib.