192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
SOCAR-la bağlı araşdırmadan sonra Meydan TV-nin saytına DDOS hücumlar başlayıb
2019-05-10 10:41:16

10 gündən artıqdır Meydan TV-nin saytına davamlı DDOS (xidmətdən imtina hücumu - Denial of Service attack) hücumlar edilir. Məqsəd şəbəkə resursunun normal işini pozmaqdır. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir".

Bu hücumlar əsasən SOCAR-la bağlı dərc edilən araşdırmalardan sonra başlayıb və nəticədə sayta giriş məhdudlaşıb.

Bu, ilk hal deyil. SOCAR-la və ya onun prezidenti Rövnəq Abdullayevlə bağlı yazılar dərc olunduqda sayta DDOS hücum başlayır. Eyni hal Rövnəq Abdullayev, onun rəhbərlik etdiyi qurumlar haqda yazan saytlara da tətbiq edilir. Dəfələrlə bu haqda sosial şəbəkələrdə paylaşımlar edilib.

Meydan TV-nin İT mütəxəssislərinin ilkin araşdırmasına görə, hücumlar əsasən Azərbaycan daxilindən və bir neçə xarici serverlərdən edilir. Hazırda Meydan TV-nin iş fəaliyyətinin bərpası istiqamətində iş gedir.