Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Artsax paytaxtının məhvi və Meğrinin işğalı Azərbaycan planlarında idi, lakin uğursuzluğa düçar olublar: Stepanakert
2019-05-10 11:28:07

Azərbaycanın aprel təcavüzü zamanı Artsax Ordusu qarşında qoyulmuş məsələləri yerinə yetirdi. Bu haqda Artsax Prezidenti administrasiyası sədrinin müavini, prezident administrasiyasının informasiya idarəsinin rəisi Davit Babayan NEWS.am-ə müsahibəsində bildirib.

“Azərbaycan planlarında yalnız bir neçə hektar ərazinin işğalı deyildi. Bakı planlarında aprelin 24-də Stepanakertin məhvi və Meğrinin işğalı var idi. Əlbəttə ki, bu planlar həyata keçirilməyəcək. Bu blits-kriq tamamilə uğursuzluğa düçar olub. Tarixdə ən başdan bu cür uğursuzluğun nümunələri azdır”,-deyə Babayan qeyd etdi.

O eyni zamanda bəzi problemlərin olmasını qəbul etdi. “problemlər var və bunlar həll olunur. Sərhədin gücləndirməsi istiqamətində böyük işlər aparıldı və bunlar çılpaq gözlə görünür. Elə işlər də var ki, görünmür, lakin Ordunun gücləndirməsi üçün xeyli əhəmiyyətlidir”.