Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
İyunun əvvəlində Ermənistan, Yunanıstan və Kipr Xarici işlər nazirləri ilk üçtərəfli görüş keçirəcəklər
2019-05-10 13:04:27

İyunun 4-də Nikosiyada Xarici işlər nazirinin ilk üçtərəfli görüşünün hazırlanmasına dair Yerevanda Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirildi.Bu haqda ER Xİ nazirliyindən məlumatlandıraraq əlavə etmişlər: “Erməni nümayəndəliyinə ER Xİ nazirinin müavini Avet Adonts rəhbərlik edir.Yunan tərəfinə Yunanıstan XİN siyasi məsələlər üzrə Baş rəhbər Teodoros Georqagelos (Theodoros Georgakelos), Kipr tərəfinə Kiprin XİN siyasi məsələlər üzrə Baş müdiri Corc Xankalli(George Chacalli) başçılıq edir. Üç ölkənin maraq dairəsi genişliklə müzakirə edildi və Nikosiyada keçiriləcək nazirlər toplantısının gündəmi aydın oldu.Tərəflər üç ölkə arasında mövcud olan siyasi dialoqun səviyyəsindən razılığını ifadə edərək, ikitərəfli səviyyədən üçtərəfli formata keçmək təşəbbüsünü alqışladılar. Çoxtərəfli formatlarda və beynəlxalq platformalarda üç dost ölkə arasında əməkdaşlığın və qarşılıqlı yardımın əhəmiyyəti vurğulandı. Görüş ərzində qarşılıqlı maraq doğuran bir sıra regional, Avropa və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tərəflər xarici siyasət məsələlərində son inkişafları təqdim ediblər. Həmin gün yunan və kipr nümayəndəliyi Erməni Soyqırımı qurbanlarının Xatirə kompleksinə ziyarət etdilər. Onlar Böyük Qırğın qurbanlarının Xatirəsini hörmət əlaməti olaraq yad etdikdən sonra Erməni Soyqırımı muzey-institutuna getdilər”.