Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
1994-cü ilin mayın 12-də üçtərəfli müddətsiz razılaşma DQ münaqişəsinin bütün nizamlanması prosesində yeganə maddi nailiyyətdir: Masis Mayilyan
2019-05-11 10:49:42

Artsax Respublikasının XİN təşəbbüsüylə Stepanakertdə təşkil edilmiş Artsax, Ermənistan və Azərbaycan tərəfindən  imzalanmış Atəş və hərbi əməliyyatların tam dayandırılması barədə  razılaşmanın qüvvəyə minməsinin 25-ci ildünümnə həsr olunmuş  konfransda  Artsax Respublikasının XİN rəhbəri Masis Mayilyan çıxış edib.

Atəş və hərbi əməliyyatların tam dayandırılması barədə  razılaşmanın vacibliyinə toxunaraq Masis  Mayilyan  xüsusilə vurğulayıb ki, 1994-cü ilin mayın 12-də  üçtərəfli müddətsiz  Razılaşma, faktiki olaraq,  münaqişənin bütün nizamlanması prosesində yeganə maddi nailiyyətdir və bunun sayəsində  Artsaxa qarşı Azərbaycan tərəfindən  başlanmış  müharibəyə son qoyuldu və münaqişə siyasi-diplomatik sahəyə köçdü. Beləliklə, beynəlxalq vasitəçilərin dəstəyiylə tərəflərin münaqişəni danışıqlar yolu ilə həll etmək yollarını tapmağa səy göstərmələri üçün şərait yaradır.

Masis Mayilyan vurğuladı ki, Artsax tərəfi  1994-cü ilin mayın 12-də  Razlaşmayla  əldə edilmiş öhdəliklərinə  sadiq olmuşdur, eləcə də dəfələrlə  sülh prosesin dönməzliyinin təmin edilməsinə dair müxtəlif təşəbbüslərlə çıxış edib.

Məsələn, XİN rəhbəri sərhəddəki vəziyyətlə bağlı video nəzarət sisteminin məlumatları beynəlxalq vasitəçiliklərə verilməsi üçün Artsax hakimiyyətlərinin  hazırlığını xatırlatdı və əlavə edib ki, qeyd edilmiş sistem  atəşkəs rejiminin nəzarəti üzrə beynəlxalq mexanizmin bir hissəsi ola bilər.

Masis Mayilyan ümid bildirib ki, birbaşa üçtərəfli danışıqların bərpası, atəşkəs rejiminin gücləndirilməsi və sülh prosesinin dğnməzliyinin  təmin edilməsi vasitəsilə diplomatik  və hərbi-siyasi şəraitlərin birləşdirilməsi və tamamlanması Azərbaycan-qarabağ münaqişəsinin sülh yolutla nizamlanması prosesində real irəliləyişin və Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi üçün zəruri şərtlər yaradacaq.