Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Berlində mühacirlər Heydər Əliyevin heykəlinin götürülməsini tələb edir
2019-05-11 13:44:31

Mayın 10-da Almaniyanın paytaxtı Berlində bir qrup mühacir Rumıniya səfirliyi qarşısında aksiya keçirib. Onların tələbi 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin heykəlinin Buxarest şəhərindən götürülməsi olub. "Azadliq.info"-ya əsasən, bu haqda Berlində yaşayan mühacir Pərviz Abdullayev məlumat verib.

Onlar Buxarestdə “diktatora heykəl qoyulması”nı demokratik prinsiplərə zidd saydıqlarını bildiriblər. Aksiyaçılar hesab edirlər ki, Əliyevlər hakimiyyəti dövründə ölkədə insan azadlıqları mütəmadi pozulub, Azərbaycan beynəlxalq qurumların tənqidləri ilə üzləşib.

Aksiya təşkilatçıları səsləndirdiyi bəyanatda Rumıniya hakimiyyətinin iki ölkə arasında əlaqələrə yenidən baxmasını istəyiblər.Tədbirdə azərbaycanlı və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin fotoları olan plakatlar da qaldırılıb.

Aksiyaya Rumıniya səfirliyindən, Azərbaycanın Almaniyadakı səfirliyindən açıqlama almaq mümkün olmayıb.

Az əvvəl aksiyanın təşkilatçıları Azərbaycandakı yaxınlarına təzyiqlər edildiyini, onlara sosial mediada tədbirlə bağlı elanları silmək tələbi qoyulduğunu iddia edirdilər.

Daxili İşlər Nazirliyi isə əvvəllər oxşar iddiaları təkzib edib.

Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına 10 il rəhbərlik edib. Onun vəfatından sonra oğlu İlham Əliyev hakimiyyətə gəlib.

Oğul Əliyevin hakimiyyəti dövründə bəzi ölkələrdə atasına heykəl qoyulub. Bir neçə il öncə Meksikada belə heykəllərdən biri narazılıqlardan sonra götürülüb.