192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Yerli malların ticarəti 55 faiz azalıb
2019-05-11 14:32:37

AXCP İqtisadiyyat Komissiyası sədri Nemət Əliyev bildirir: "Yerli malların ticarəti 1 ilə 25 faiz, 5 ilə 55 faiz azalıb.

Rəsmi mətbuat səhifələrindən səslənən o bəzəkli bəyanatlar, inkişaf nağılları real mənzərəni əks etdirmir, dostlar! Açıqlanan məlumatların təhlili tamam fərqli nəticələr ortaya çıxarıb.

Hesablamalar göstərir ki, yerli malların pərakəndə ticarət dövriyyəsinin 3 aylıq həcmi bu il 2,8 milyard dollardan 2,1 milyard dollara düşüb. Azalma 700 milyon dollardır.

Ticarət geriləyibsə, zərbəsi istehsala dəyib. Zərbənin əsas hədəfi isə qeyri-neft sektoru olub (yanvar-mart dövründə neft məhsullarının və təbii qazın istehsalında artım qeydə alınıb). Qeyri-neft mallarının ixracında gözəgəlimli nəticə də əldə olunmayıb. Vur-tut 59 milyon dollar məbləğində artım qeydə alınıb ki, bu da ümumi itkiləri kompensasiya eləmək baxımından çox azdır.

Dövlət başçısının bu qədər sərəncamlar, fərmanlar verməsinə baxmayaraq qeyri-neft istehsal sahələrində irəliləyiş bir yana qalsın, heç tənəzzülü durdurmaq mümkün olmayıb. Zaman etibarı ilə problemlər daha da böyüməkdədir. Altı illik dövrün dinamikası göstərir ki, ötən 5 ildə yerli malların 3 aylıq ticarət dövriyyəsi 2 dəfədən çox (55 faiz) və ya 2,7 milyard dollar azalaraq 4,8 milyard dollardan 2,1 milyard dollara düşüb.

Nəhayət ibrətamiz nəticələr çıxarılmalıdır ki, kol-kosların gözə dəyən hissələrini təmizləməklə iş bitməz, kiçik, orta, böyük biznes yolunda illərlə kök atmış kötükləri silib-süpürüb atmaq gərəkdir. Əks halda, qeyri-neft sektorundan real nəticələr gözləməyə dəyməz".