Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Şəki Polis Şöbəsində ölüm hadisəsi
2019-05-13 10:41:19

Azadliq.info yazır ki, Şəki şəhər Giləhli küçəsində yaşamış, 1988-ci il doğumlu Məmmədov Qalib Telman oğlu özünü Polis şöbəsində asaraq öldürüb.

Anasının bildirdiyinə görə onu may ayının 11-də səhər evdən zorla polisə aparıblar. Polisdən həmin gün 17:30 radələrində meyiti gəlib.

Anasının və yaxınlarının iddiasına görə Qalib Məmmədovu vurub öldürüblər: “Mənim oğlumu döyüb öldürüblər. Polisdən də morqa aparıblar. O, heç kimə heç nə eləməyib…” Q.Məmmədovun narkotik ittihamı ilə polisə aparıldığı deyilir.