Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Nikol Paşinyanın Lüksemburga səfəri başlayıb
2019-05-13 10:59:52

ER Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin Lüksemburga səfəri başlayılıb.

Armenpress-dən verilən məlumata görə, Nikol Paşinyanın nümayəndə heyətinin tərkibində ER Xİ naziri Zohrab Mnatsakanyan, Baş nazirin baş məsləhətçisi Arsen Qasparyan, Baş nazirin köməkçisi Hraçya Taşçyan vardır.

Səfər çərçivəsində Baş nazir Lüksemburg hökumətinin sədri Kasvye Betel ilə görüşəcək. Öncə iki ölkə Baş nazirlərinin görüşü olacaq, sonra isə görüş geniş tərkiblə keçiriləcək.

Lüksemburg Deputatlar Palatasının sədri Fernand Etgen adından Baş nazir Nikol Paşinyan şərəfinə yemək veriləcək və ondan sonra Baş nazir Lüksemburg Deputatlar Palastasının deputatları ilə görüşəcək.

Günün ikinci qismində Baş nazir Brüsselə gedəcək. Avropa Şurası binasında Nikol Paşinyan Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş və AŞ sədri Donald Tsuk adından verilən rəsmi yeməkdə iştirak edəcək.