Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Azərbaycan Mətbuat Şurası DTX-yə müraciət edərək E. Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsini xahiş edib
2019-05-13 12:55:13

Azərbaycan Mətbuat Şurası (MŞ) Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edərək "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsini xahiş edib.

MŞ-nin məlumatında deyilir ki, mayın 3-də mətbuat azadlığına dair konfransda bir sıra KİV nümayəndələri, ekspertlər və jurnalist birlikləriin nümayəndələri "belə fikrə gəliblər ki, 2005-ci il martın 2-də Elmar Hüseynovun qətlə yetirilməsinin araşdırılması sürətləndirilməlidir və bu cinayəti törədənlər tezliklə tapılıb cəzalandırılmalıdır".

Qeyd edək ki, bu illər ərzində MŞ bu cinayətlə bağlı susub, ən yaxşı halda isə Baş Prokurorluğun məlumatını təsdiqləyib ki, qətlin üstü çoxdan açılıb, ancaq cinayətkarlar xaricdədir. Əslən Azərbaycandan olan Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin adları çəkilib.

MŞ-nin müraciəti nədənsə baş prokurora yox, DTX rəisi Mədət Quliyevə ünvanlanıb.