192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Hüquq müdafiəçisi O. Gülalıyev: Gəncə məhbusları ölüm ayağındadır
2019-05-13 14:22:34

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oktay Gülalıyev növbəti dəfə diqqəti “Gəncə məhbusları” ilə bağlı baş verənlərə çəkib. Bununla bağlı sosial şəbəkədə paylaşdığı statusda O.Gülalıyev qeyd edib ki, 2018- ci ilin iyul ayında məlum Gəncə hadisələri ilə bağlı həbs olunmuş bəzi məhbuslar ölüm ayağındadır. Onlar üzləşdiyi ağır işgəncəyə, ədalətsizliyə, mənəvi iztiraba, baxımsız həbsxana şəraitinə dözməyərək həyatla ölüm- qalım arasındadırlar. Statusda deyilir: “Ölkədə dinc, günahsız insanların soyqrımı gedir. Ya onlar işgəncə verilib və ya günün günorta çağı silahla vurulub qətlə yetirilir, ya da şərlənib həbs olunur həbsxanada dünyasını dəyişir. Gəncə işi, Tərtər işi, Nardaran olayları və s. buna kiçik misal ola bilər. Hələ mən həmin şəxslərin ailə üzvlərinin ölümünü, ömürlük şikəst qalmalarını demirəm…

2018- ci ilin iyul ayında məlum Gəncə hadisələri ilə bağlı həbs olunmuş bəzi məhbuslar ölüm ayağındadır. Onlar üzləşdiyi ağır işgəncəyə, ədalətsizliyə, mənəvi iztiraba, baxımsız həbsxana şəraitinə dözməyərək həyatla ölüm- qalım arasındadırlar. Həmin şəxslərdən biri 10 aydır ki, həbsdə olan Aydın Qurbanovdur. O, Gəncədə həbs olunub Bakıya “bandotdel”-ə gətirilib. Ağır işgəncələrə və ittihamlara məruz qalıb. Təsəvvür edin ki, bu adamın nədə ittiham olunduğuna dair özündə və ailə üzvlərində bir dənə də olsun rəsmi sənəd yoxdur. 10 ay imiş ki, bu adamı ailə üzvləri ilə görüşünə icazə vermirlərmiş. Axır ki, görəndə ki, artıq Aydın ölüm ayağındadır, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparıb ailəsinə xəbər veriblər….

Aydın Qurbanov 1 həftədən çoxdur yemək yeyə bilmir, qan qusur. Həbsxanada olduğu müddətdə mədə- bağırsağında ağır xəstəlik əmələ gəlib. Hazırda onun heç bir ciddi müalicəsi aparılmır. Ölümlə çarpışır…

Digər məhbus Şahin Verdiyev infarkt keçirib, bədənini bir hissəsi paralic olub. Ağzı əyilib, danışa və özünü idarə edə bilmir. Eyni zamanda məhkəmə salonunda huşunu itirib koma vəziyyətinə düşən Asif Cavadovun səhhəti ağır olaraq qalır. Məhz onlara görə məhkəmə prosesi təxirə salınmışdı. Aldığımız məlumata görə ağır xəstə olan Şahin Verdiyev və Asif Cavadovu Müalicə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına gətiriblər ki, onları yaxın günlərdə məhkəmə önünə çıxarıb cəza versinlər (!?). Təsəvvür edirsinizmi bu laqeydliyin, insan taleyinə biganəliyin, düşmən münasibətin hansı mərhələsidir!? Digər Gəncə məhbusları və eləcə də səhhətində problemlər olan siyasi məhbuslar Əbülfəz Bünyatov, Ruhulla Axundzadə, Cabbar Cabbarlı, Şəmil Abduləliyev və digərlərinin də durumu çox ağırdır…

Görəsən öz vətəndaşına, günahsız insanlara qarşı hakimiyyətin sərgilədiyi bu repressiv münasibətin, aşırı nifrət hissinin səbəbi nədir?
Gəlin, insanlarımıza qarşı yürüdülən repressiyalara və işgəncələrə göz yummayaq, onları müdafiə edək!”.