192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nikol Paşinyan Lüksemburqun Böyük Deputatlar Palatasının spikeri və parlamentarlarıyla görüşüb
2019-05-14 10:01:15

Lüksemburqda işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu ölkənin Deputatlar Palatasını ziyarət etmişdir.ER Baş nazirliyindən verilən məlumata görə Baş naziri, Deputatlar Palatasının spikeri Fernan Etgen tərəfindən məmnuniyyətlə qarşılandı və ölkəsinin demokratiyanın gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının qorunması və digər sahələri ilə Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd etdi.Nikol Paşinyan ölkəmizdəki prosesləri təqdim edərək demişdir ki, demokratiya Ermənistan üçün geri dönməzdir və ölkəmiz yalnız demokratik institutların inkişafı və güclənməsi yolu ilə hərəkət edəcəkdir. Nikol Paşinyan vurğulayıb ki, siyasi inqilaba iqtisadiyyat inqlabı ardıcıllıq edəcək və bunun üçün ölkədə biznes mühitini yaxşılaşdırmaq, əlverişli investisiya mühiti yaratmaq, o cümlədən monopolistlərə qarşı mübarizə səyləri, müxtəlif istiqamətlərdə dərin islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində fəal addımlar atılır.Həmsöhbətçilər iki ölkə arasında siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulamış və Ermənistan-Lüksemburq dövlətlərarası münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin dərinləşməsini və daha da sıxlaşdırılmasını vurğulamışlar.Tərəflər Ermənistan-Lüksemburq əməkdaşlığının daha da genişləndirilməsi, Ermənistan-Avropa Birliyi əlaqələrinin inkişafı və genişlənən tərəfdaşlıq haqqında saziş barədə fikir mübadiləsi aparıblar.Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi məsələsində tarazlı mövqeyiErməni Soyqırımının tanınması üçün təşəkkür bildirib.