Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Brüsseldə Nikol Paşinyanla İlham Əliyev arasında qısa görüş olub
2019-05-14 10:39:16

Brüsseldə Ermənistan Respublikası Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qısa görüş olub.

Bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb. O, görüşün Şərq Tərəfdaşlığı tədbiri çərçivəsində baş tutduğunu deyib.

“Mənimlə cənab Əliyev arasında yemək ərzində qısa söhbət oldu. Söhbət, Dağlıq Qarabağdakı cari vəziyyət barədə idi”.

Paşinyan növbəti görüşlər barədə konkret planların olmadığını, amma danışıqlar prosesinin davam edəcəyinə əmin olduğunu deyib.

“İndi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmamız çox vacibdir. Qarabağ olmadan bu münaqişənin həllinə nail olmaq mümkün deyil”,-Paşinyan qeyd etdi.