192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Diqlas” Ticarət Mərkəzində ziyan çəkmiş sahibkarlar aksiya keçirib
2019-05-14 14:23:30

Mayın 13-də "Diqlas" Ticarət Mərkəzinin sahibkarları Nazirlər Kabinetinin qarşısında 26 mart yanğını zamanı onlara dəymiş ziyanın ödənilməsi tələbilə aksiya keçirib.

Sahibkarların sözlərinə görə, artıq iki aydır onlara dəymiş ziyanın kompensasiyası ödənilmir.

"Prezident sərəncam verdi və komissiya təyin olunmalıdır, bizim iştirakımızla ziyanla bağlı akt tərtib olunmalıdır. Lakin bunu etmirlər. 10 gün əvvəl bazar nümayəndəsilə görüşümüz olub, aktı o tərtib edib. Belə olmamalıdır. Kompensasiyaların verilməsi tarixi bizə deyilmir və bu da bizi narahat edir. Hər həftə gəlirik, eyni söz deyib yola salırlar", aksiya iştirakçılarından biri deyib.

Bir müddət sonra Nazirlər Kabinetində etirazçıları qəbul ediblər. Onlara məsləhət görüblər ki, bir qədər də gözləsinlər, çünki istintaq davam edir. Mühafizə xidməti jurnalistləri aksiya yerindən uzaqlaşdıraraq çəkilişə imkan verməyib.

Martın 26-da "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. Beşmərtəbəli bina demək olar ki, tamamilə yanıb.

Martın 28-də prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması, növbəti gün isə zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb․