192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan cinsi azlıqların ən az azad olduğu ölkələr arasında
2019-05-14 15:44:51

Azərbaycan və Türkiyə Avropada lesbian, gey, biseksual və transgenderlər (LGBT) üçün ən çox məhdudlaşdırıcı qanunlara malik ölkələr arasındadır.

Beynəlxalq Lesbian, Gey, Biseksual, Trans və İntersex Assiosiasiyası (ILGA-Europe) özünün 100 ballıq şkalasında LGBT icmasına bərabər hüquqların verilməsi sahəsində bu ölkələri ən aşağı ballarla qiymətləndirib.

Azərbaycan 3 balı 69 kateqoriyadan yalnız məşğulluq və nikah bərabərliyi sahəsini əhatə edən kateqoriyalardan alıb.

Bu ölkələrin nəticələrini ötənilki nəticələrlə müqayisə etmək mümkün deyil, beləki IGLA-Europe bu il qiymətləndirmə kateqoriyalarının sayını artırıb. Yeni kateqoriyalar daha çox vətəndaş cəmiyyəti və sığınacaq sahələrinə aid siyasət və qanunları əhatə edir.

LGBT hüquqlarına görə ən yüksək yerləri Malta, Lüksemburq və Finlandiya tutublar. Fransa və Britaniyanın da göstəriciləri Finlandiyada olduğu kimidir.

Amma ümumilikdə Britaniya, Fransa və Almaniyanın builki balları keçən illə müqayisədə azalıb.

Qiymətləndirmə Avropanın 49 ölkəsində aparılıb.