Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Cahangir Hacıyev Samir Şərifovla Elman Rüstəmovu məhkəməyə çağırdı
2019-05-14 16:10:34

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev maliyyə naziri Samir Şərifov, müavini Azər Bayramov, Mərkəzi Bankın sədri Elman Rüstəmovun məhkəmədə dindirilməsini tələb edir. O, hesab edir ki, bu adamlar dindirilmədən Beynəlxalq Bank işi üzrə ədalətli, obyektiv qərarlar vermək mümkün deyil. Çünki bank bu şəxslərin nəzarətində olub. Mərkəzi Bank hər il bankın fəaliyyətini yoxlayıb, nəticələrə baxıb.

Maliyyə naziri Beynəlxalq Bankın səhmdarlarının Ümumi Yığıncağına rəhbərlik edib. Bankın İdarə Heyəti bu Yığıncağın qərarıyla formalaşdırılıb. Yəni İdarə Heyətinin üzvlərini bu vəzifəyə Səhmdarların Ümumi Yığıncağı təyin edib. Cahangir Hacıyev 2001-2015-ci illər ərzində 4 dəfə İdarə Heyətinin sədri seçilib.

Beynəlxalq Bankın fəaliyyətinə həm də bankın Müşahidə Şurası nəzarət edib. Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavini olub.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bu şəxslərin dindirilməsi barədə vəsatətləri mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmədə qaldırıb.

"Beynəlxalq Bankın idarə olunmasında bu şəxslərin birbaşa iştirakı olub. İdarə Heyətinə Müşahidə Şurası nəzarət edib. Əgər onlar dindirilməsə, deməli, məhkəmə istintaqı yarımçıq aparılıb”, - deyə vəkil bildirib.

F.Mehdiyev məhkəmənin Beynəlxalq Banka sorğu göndərərək, illik hesabatları alması barədə də vəsatət verib.

Məhkəmə vəsatətləri təmin etməyib. Proses mayın 20-də davam edəcək.