192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Mühacir Azərbaycanda yeznəsinin saxlandığını bildirir
2018-11-23 11:29:08

Fransada siyasi mühacirətdə olan bloger Məhəmməd Mirzəli yeznəsi, Laçın rayonundan məcburi köçkün Elman Ağayevin saxlandığını bildirib.

M.Mirzəli Turan-a bildirib ki, E.Ağayev noyabrın 20-də saxlanılıb."Elmanı axşam evə gələrkən saxlayıblar. Noyabrın 21-də evlərinə zəng edib bildiriblər ki E.Ağayev Binəqədi polisi tərəfindən saxlanılıb. Guya, uzərindən narkotik maddə aşkar edilib", - M.Mirzəli bildirib.

O, E.Ağayevin saxlanmasını özünün Azərbaycan hakimiyyətinin ünvanına tənqidləri ilə əlaqələədirib .

M.Mirzəli qeyd edib ki, E.Ağayev əvvəllər də bir neçə dəfə saxlanılıb və inzibati həbs cəzası alıb.

E.Ağayevin dostları "Azadlıq" radiosuna bildiriblər ki, o, inzibati qaydada iki ay həbs cəzası alıb. Detallar məlum deyil

23 yaşlı M.Mirzəli AXCP üzvüdür və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edir.

Vaxtilə "Əsgər ölümlərinə son!" aksiyasında iştirakına görə təqiblərlə üzləşib və bundan sonra Azərbaycanı tərk edib.

Qeyd edək ki, rəsmi Bakını xaricdən tənqid edən fəal blogerlərin demək olar ki, hamısının qohumlarına təzyiq göstərilir, onlar təqib olunur.

Belə praktika Azərbaycan hakimiyyəti tərəfindən bir neçə ildir ki, həyata keçirilir.