Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Qarabağın həssas sülhü. “Nezavisimaya Gazeta“ Zöhrab Mnatsakanyanın məqaləsi
2019-05-14 16:52:09

Ermənsitan XİN başçısı Zohrab Mnatsakanyan Rusiyanın “Nezavisimaya qazeta”da Dağlıq Qarabağda münaqişə zonasında atəşkəs rejiminin 25-ci ildönümünə həsr olunmuş məqalə dərc edib.

“Atəşkəsin əsası 1994-cü ildə Qırğıstanın paytaxtı Bişkekdə qoyulub, orada MDB Parlamentlərarası Assambleyası çərçivəsində Ermənistan,Dağlıq Qarabağ və Azərbaycan parlamentlərinin rəhbərləri arasında danışıqlar olub və Bişkek Protokolu imzaladı. May müqaviləsinə əlavə olaraq, 1994-cü ilin iyulun 26-27-də imzalandığı əlavə razılaşma ilə üç tərəf atəşkəs rejiminin müddətsiz olduğunu təsdiqləyib. 1995-ci ilin fevralın 6-da ATƏT Minsk qrupunun həmsədrliyi himayesi altında Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında atəşkəs rejiminin gücləndirilməsinə dair razılaşmalar qüvvəyə minib.

Beynəlxalq ictimaiyyət atəşkəs razılamasını dəstəkləyib. ATƏT Budapeşt zirvəsi münaqişə tərəflər tərəfindən qəbul olunan 1994 may 12 tarixli razılaşmanı alqışlayıb”- deyə Mantsakanyan qeyd etdi.

Xarici işlər naziri qeyd etdi ki, beynəlxalq ictimaiyyətin barışıq cəhdləri 1992-1993-cü illərdə olub, lakin Azərbaycanın münaqişənin güclə həll etmək siyasəti buna mane olub.

“1992-ci ilin yayında Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağ ərazisinin 40 faizini işğal etdilər. Atəşkəsə dair müddət olmayan razılaşmanın imzalamasının ilk ön şərləti 1994-cü ildə yaradılıb, o zaman Dağlıq Qarabağ münaqişəni güc yolu ilə nizamlanmaya yönəlmiş Azərbaycanın son cəhlərinin qarşısını alıb. Beləliklə, münaqişə zonasında hərbi balans yaradılıb və bu şəraitdə Azərbaycan tərəfi atəşkəs danışıqları aparmaq barədə razılığa gəlib”-deyə məqalədə yazılıb.

Zohrab Mnatsakanyan sözlərinə görə, bu gün Dağlıq Qarabağ yalnız münaqişə deyil, dinamik inkişaf edən cəmmiyyətə malik olan müstəqil siyasi vahiddir, lakin insnların təhlükəsizliyi hələ də çox həssasdır.

Atəşkəsından sonra, bu illər ərzində Azərbaycan tərəfi dəfələrlə müəyyən edilmiş balansı pozmağa və yenidən münaqişəni güc yolu ilə nizamlanmaq üçün ön şərtlər yaratmağa çalışıb. Gərginlik 2016-cı ilin aprelində zirvəsinə çatıb. Aprel müharibəsində Azərbaycan qoşunları atəşkəs rejimini pozaraq, təmas xəttinin şimal və cənub hissələrində geniş miqyaslı hücuma keçiblər. Aprel eskalasiyasının nəticələri münaqişənin sülh yolu ilə nizamlanmasının alternativ olmadığını yenidən göstərib. Güc hər tədbiqi tərəflər arasındakı boşluğu daha da darəinləşdir və güvən qalıqları sarsıdır, bu isə danışıqlar prosesini çətinləşdirir.

Aprelda Azərbaycan başlatdığı geniş miqyaslı hücumu, sakinlərin öldürülməsi və onlara qarşı işgəncələri, həmiçinin hərbi əməliyyətlər ərzində digər hüquq pozuntuları aydın şəkildə göstərib ki, razılaşmanın həyata keçirilməsi Artsax xalqının fiziki varlığının və təhlükəsizliyinin təminatıdır”-deyə nazir yazıb.

Xarici işlər naziri razılaşmanın qeyd-şərtsiz keçirilmə məsələsində ötən il payızında Düşənbədə MDB sammiti çərçivəsində Ermənistan Baş naziri və Azərbaycan prezidenti arasında atəşkəs rejiminin gücləndirilməsi və tərəflər arasında birbaşa əlaqə qurması barədə razılığına əhəmiyyət verib.

Təəssüf ki, 1994-cü və 1995-ci il tarixli razılaşmaların icrası üçün ciddi maneə olan atəşkəs rejimin gücləndirilməsi və mümkün eskalasiya barədə erkən xəbərdar edilməsi üçün institusional müxanizmləri yoxdur.

Bu baxımdan, 2016-cı ildə Vayna və Sankt-Peterburq zirvələri ərzində əldə olunan razılaşmaların həyata keçirilməsi, xüsusən ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişlənndirilməsi, eləcə də hadisələrin araşdırılması mexanizminin tətbiqinə əhəmiyyət veririk”- deyə nazir yazıb.

ER xarici işlər naziri vurğulayıb ki, razılaşma çərçivəsində öhdəliklərin yerinə yetirilməsi tərəflərin maraqlarından qaynaqlanır.

“Güc tətbiq etməməsi heç bir tərəfinin imtiyazı deyildir, nizamlanmanın başlanğıc nöqtəsi olmalı üçün aydın bir öhdəlikdir. Deyə bilirk ki, atəşkəs razılaşmasının imzalanması göstərib ki, konsruktiv danışıqlar prosesində bütün tərəflərin cəlb olunması halda müəyyən nəticələr əldə etmək mümkündür. Razılaşmanın imzalanması həm də Dağlıq Qarabağ və Azərbaycan arasında birbaşa təmaslər sayəsində də olub, bu isə bütün tərəflərin iştirakı ilə tam danışıq formatının bərpasının zəruriliyini bir daha təsdiqləyib. Sülh prosesi , öz növbəsində, münaqişənin başlanğıc səbəbini aradan qaldırmasına yönəldilməlidir, yəni Artsax xalqının öz müqəddəratını təyin etmə hüququnun pozulmasına yönəlməlidir”-deyə Mantsakanyan qeyd etdi.

Məqalənin sonunda Zohrab Mnatsakanyan sülh yolu ilə nizamlanma prosesində Dağlıq Qarabağ fiziki təhlükəsizliyi və statusu məsələsinin Ermənistanın mütləq üstünlüyü olduğunu bir daha təqsdiqləyib.