192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
"YAP iqtidarı yəqin istəyir ki, ziyarət olunan yer ancaq Heydər Əliyevin məzarı olsun"
2018-11-23 12:34:33

Qobustan həbsxanasında cəza çəkən «Müsəlman Birliyi Hərəkatı»nın sədri, ilahiyyatçı Tale Bağırzadə AXCP sədri Əli Kərimlinin polis tərəfindən saxlanılmasına münasibət bildirib:

"Əli Kərimli və tərəfdarlarının həbsini Azərbaycan telekanallarından öyrəndim. Səbəb nəymiş? Əli Kərimli və tərəfdarları Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyirmiş. Buna görə də onlar həbs olunub.

Açığı buna heç təəccüblənmədim. Çünki Azərbaycanda illərdir mahiyyətində azadlıq olan hər bir bayramı, günü, anı təfəkkürlərdən silmək üçün bütün çirkin əməllər törədilir.

Əli Kərimlinin və tərəfdarlarının həbsi də bu silsilədəndir. Hakimiyyət hər şeyə nəzarət edir, indi də şəhidləri öz monopoliyasına almağa çalışır. Ona görə yox ki, onlara müxalifət liderindən daha çox dəyər verib uca tutacaq, yox, ona görə ki, onları beləcə, unutdurub bu müqqədəsliyi də gözdən salmaq istəyirlər.

Şəhidə dəyər verən onun “qap pulu”nu yeyib anasını da dilənçi vəziyyətinə salmaz.

YAP iqtidarı yəqin istəyir ki, ziyarət olunan yer ancaq Heydər Əliyevin məzarı olsun, bu ölkədə dəyərli olan, qiymət verilb ziyarət ediləcək başqa məkanların olması onları qıçıqlandırır. Başqa bir tərəfdən də şəhidə hörmət varsa, demək hələ də şəhidlik şirvəsinə çatmaq istəyən minlərlə övladı var bu ölkənin. Onlar bu şüuru, mətanəti məhv etmək istəyir.

Başqa bir cəhət də odur ki, hər bir diktatura rejimi süquta yaxınlaşdıqca daha da zalımlaşır. Tarixdə hər zaman belə olub. Daha çox əzmək, sıxmaq və sındırmaq çəhdi zalımların mahiyyətindədir və bu gün baş verənlər sizə onların daha da güclü olması kimi görünməsin. Əksinə, özünə inamı olan bir qüvvə bu qədər əzici olmaz.

Şəhidin ziyarət edilməsinə güc tətbiq etməksə bir zalımın ata biləcəyi son addımlardandır ki, hakimiyyət artıq bu zəifliyini də nümayiş etdirməkdən çəkinmədi və bunu çox çirkin formada həyata keçirmək istədi.

Əli Kərimli və tərəfdarları da məhz həmin gün bu çirikin niyyətin qarşısını almaq üçün dirəndilər və mən bütün Azərbaycan xalqını bu dirənişə dəstək olmağa çağırıram".