192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Abel Məhərrəmovun milyonluq müklərinin siyahısı
2018-11-23 13:40:10

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Unikal.org 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun ümumilikdə villalarının sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı isə 2-dən çoxdur.

Binəqədidə Varovski deyilən ərazidə 2 villası; Quba rayonunda – 1 villası; Xızı rayonunda – 1 villası; Nabranda – 1 villası - istirahət mərkəzi; Şüvəlan qəsəbəsində – 1 villası; Mərdəkan qəsəbəsində – 1 villası; Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası; Nərimanov rayonunda yerləşən – "Monaliza” şadlıq sarayı; 8 mikrorayonda restoranı:

Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.

Unikal.org yazır ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.