Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Nikol Paşinyan və Çin şirkətlərinin nümayəndələri ER-da investisiya proqramlarının həyata keçirilməsi perspektivlərini müzakirə etdilər
2019-05-16 11:25:26

Erməni Baş naziri Nikol Paşinyan Pekində bir sıra nəhəng Çin şirkətləri - Ganergy Ağır Sənaye Qrupu, Hacer, Sinzyan ştatında fəaliyyət genişləndirən “Çjen Yen ” və MZTL şirkətlərinin rəhbərləriylə razılığa gəlib. ER Baş nazirin iş heyətindən verilən məlumata görə,görüş zamanı Ermənistanın müxtəlif investisiya layihələrinin həyata keçirilməsi üçün perspektivlər və imkanlar müzakirə olunmuşdur.Ganergy Heavy Industry Group-nun ağır sənaye nümayəndəliyi öz fəaliyyətinə toxunmuş və əlavə etmişdir ki, Ermənistanda sənaye həm də maliyyə və investisiyalar sahəsində fəailiyyətini həyata keçirməkdə olduqca maraqlıdır.“Çjen Yin” şirkətlərinin nümayəndələri erməni brendi, şərab,konyak əkinçilik məhsullarını idxal etməyə və ölkəmizə sərmayə yatırmağa eləcə də sənaye zonasını yaratmağa hazır olduqlarını bildiriblər. MZTL şirkətinin rəhbərləri Ermənistanda liftlərin istehsalını təsiss etmək və quraşdırmaq üçün hazır olduqlarını  deyib. Baş nazir Paşinyan bu şirkətlərin nümayəndələrini hökumət rəsmiləri ilə əməkdaşlıqda növbəti addımları, o cümlədən Çin şirkətlərinin Meğridə azad iqtisadi zonada inkişaf perspektivlərini müzakirə etməyə çağırdı.