192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
“Nə Azərbaycan Hüquqşünaslar Assosiasiyasına, nə də şəxsən mənə qarşı ittiham irəli sürülməsə də, təşkilatın hesabı dondurulmuşdu, mənə isə ölkədən çıxış qadağan edilmişdi“, - Ə.Hacıbəyli
2019-05-16 13:14:59

Azərbaycan hakimiyyəti Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəylinin təxminən beş ildir ki, ölkədən çıxışına qoyulmuş qadağanı götürüb.

Tanınmış hüquqşünas qadağa səbəbindən gözündə mürəkkəb əməliyyatı etdirmək üçün xaricə gedə bilmirdi. Qadağa 2014-cü ildə 40 yerli və beynəlxalq QHT-yə qarşı açılmış cinayət işi çərçivəsində tətbiq edilmişdi.

"Nə Azərbaycan Hüquqşünaslar Assosiasiyasına, nə də şəxsən mənə qarşı ittiham irəli sürülməsə də, təşkilatın hesabı dondurulmuşdu, mənə isə ölkədən çıxış qadağan edilmişdi", - Ə.Hacıbəyli bildirib.

O, beş il məhkəmələr vasitəsilə bu qadağaların ləğvinə çalışıb. 2017-ci ilin noyabrında keçirilən iclasların birində Ə.Hacıbəyli bərk əsəbiləşib və onun göz təzyiqi 210-a qalxıb.

"Bir gözümün görmə qabiliyyətini uşaqlıqda itirmişəm, təzyiqin kəskin yüksəlməsi nəticəsində sağlam gözümdə problem yarandı. Yerli həkimlər göz qişasını yaxşı bərpa edə bilmədilər və fəsadlar yarandı. Azərbaycanda həkimlər bu fəsadları aradan qaldıra bilmirlər, xaricə isə buraxmadılar", -Ə.Hacıbəyli deyib.

2018-ci ilin dekabrında AİHM ona qoyulmuş qadağanın qanunsuz olduğunu tanıdıqdan sonra da ölkədən çıxışına icazə verilməyib. Ötən həftə isə məhkəmə 2014-cü ildə tətbiq edilmiş qadağanı ləğv edib

Hazırda hüquqşünas bu mürəkkəb əməliyyatı Türkiyədə etdirmək üçün 3 min dollar toplayır. Əməliyyatın yubanması görmə qabiliyyətinin tam itirilməsinə səbəb ola bilər.

Hakimiyyət müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə müdaxilə etməzdən öncə Azərbaycan Hüquqşünaslar Assosiasiyası hüquqi maarifləndirmə sahəsində böyük işlər görüb, aztəminatlı insanlara pulsuz hüquqi yardım göstərib.

Bundan əlavə, bu QHT gənc hüquqşünaslar üçün tədris proqramları hazırlayıb, sonradan həmin hüquqşünasların çoxu vəkil, prokuror, hakim olub.

Ə.Hacıbəyli fəal vətəndaş mövqeyinə görə təzyiqlərə məruz qalıb. 2005-ci ildə onun və digər tanınmış hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv olmasından imtina edilib. 2018-ci ilin aprelində AİHM kollegiyanın bu qərarının qanunsuz olduğunu tanıyıb.