Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ekspert: Azərbaycanda internet sferasında hər şey nəzarət altına alınır
2019-05-16 13:54:09

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uçota durmayan internet operator və provayderlərinəə xəbərdarlıq məktubu göndərib. Xəbərdalrıq məktubları barədə bilgilər sosial şəbəkələrdə yayılıb. Bu barədə Turan agentliyinin məlumatında deyilir.

Operator və provayderlərə göndərilən məktublarda deyilir ki, internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər (internet rovayder və host provayderlər) nazirliyə "Elektron hökumət" vasitəsilə müraciət edərək uçota durmalıdır. Uçota durmayanları inzibati cəza - 1000-1500 manat arasında cərimə gözləyir.

Nazirliyin bu xəbərdarlığı həmin məktubun göndərildiyi subyektlər tərəfindən birmənalı qarşılanmır. Onlar hostinq xidməti göstərilməsinə görə, uçot tələbinin doğru olmadığını bildirirlər. Eyni zamanda bəzi ekspertlər hostinq xidmətinin uçotunun hostda saxlanılan məzmuna müdaxilə olunması risqi doğurduğunu, son xəbərdarlığın nəzarət məqsədi daşıdığını ifadə edirlər.

Turan agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən internet operator və provayderlərə edilən xəbərdarlıqla bağlı şərh istəyib. Nazirliyin sözügedən məsələ üzrə əlaqələndirici şəxsi - Kamal Məmmədov bildirib ki, nazirlik sadəcə olaraq, qanunvericiliklə üzərinə qoyulan vəzifəsini icra edir․

Qeyd edək ki, nazirlik müvafiq qaydada uçotun aparılması, o cümlədən müraciətlərin "Elektron hökumət" portalı üzərindən baxılması, qəbulu və cavablandırılması üçün texniki imkan yaradıb. İnternet operator və provayderlərə mayın 20-dək müvafiq qaydada uçota durmaq üçün vaxt verilib. Mayın 20-dək uçota durmayan host provayderlər İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunacaq. Həmin müddəada vəzifəli şəxslər üçün 1000, hüquqi şəxslər üçün 1500 manat cərimə nəzərdə tutulur.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, qanunvericiliyə dəyişiklik edilib və hazırda həmin dəyişikliyi tətbiq edirlər.

“Məsələ budur ki, internet sferasında hər şey nəzarət altına alınır. Onsuz da provayderlər və host provayderlər bu sahəhə hər hansı hüquq əldə edəndə qeydiyyatdan keçir. Həm də qeydiyyat sadə olmur, hüquqi şəxsin şəxsiyyət vəsiqəsi və əlaqələri ilə olur. Dolayısı ilə bunların hamısının qeydiyyatı var. Təkrar qeydiyyatdan keçirmək, bir növ, ikiqat lisenziyalaşdırma kimi bir şeydir. Bu hal-hazırda tətbiq olunur,” o qeyd edib.

Ekspret hesab edir ki, provayderlərin fəaliyyətlərinə nəzarət edilməsi ilə bağlı şübhələri əsaslıdır.