192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Avropa Ligasının finalı Bakıda keçirmək üçün “Arsenal” UEFA-nı tənqid edib
2019-05-16 15:10:53

Londonun “Arsenal” futbol üzrə Avropanın Ligasının Bakıda keçirilməsini tənqid edib.

“Aremnpres”-ə əsasən, bu barədə klubun rəsmi saytı bildirir. “Arsenal”-da Avropa ligasının finalına çıxmaq üçün hamı şaddır və “Çelsi” ilə oyunu səbirsiz gözləyirlər. Buna baxmayaraq, UEFA-nın nəqliyyat məhdudiyyətinə görə, 60 mindən çox azarkeş tutumuna məxsus stadionda “Arsenal”a cəmi 6 min bilet ayırmasından məyus olmuşuq. Səfər problemlərini nəzərə alsaq, həmin azarkeşlərin oyuna gedə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min abunəçimiz var. UEFA-nın final oyunu üçün nəqliyyat məhdudiyyəti olan yer seçməsi sadəcə, düzgün deyil. Reallıq budur ki, finala çıxan klublar azarkeşlərinin tələblərini qarşılaya bilməyəcəklər. Məsələ ilə bağlı fanatlarımızdan xeyli şikayət almışıq və onların narahatlıqlarını bölüşürük. Azarkeşlərimizin adından gələcəkdə finala görə seçiləcək yer üçün meyarları, həmçinin bunun bir hissəsi kimi, tərəfdarların tələblərinin necə nəzərə alınacağını öyrənmək istəyirik. Biz UEFA-nı azarkeşlərin final məkanı ilə bağlı tələblərini yerinə yetirməyə çağırırıq. Çünki bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrar oluna bilməz. Bunun üçün gələcəkdə qurumla istənilən müzakirəyə qoşulmaqdan məmnun olarıq”- deyə mesajda deyilir.

Avropa ligasının finalı mayın 29-da Azərbayxcan paytaxtı Bakıda keçiriləcək. “Arsenal” “Çelsi” ilə yarışacaq.