192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Türmədə xərçəng xəstəliyinə tutulan Gəncə məhbusu ölüm ayağında
2019-05-16 15:28:24
Gəncə məhbusu Aydın Qurbanovun xanımı Məhbubə Qurbanovanın vetenugrunda.az-a verdiyi xəbərə görə, o, hazırda Müalicə Mərkəzinə köçürülüb: “Uzun müddət mədəsindən qanaxmalar baş verdiyindən çox zəifləyib. Həftədə bir dəfə qan köçürülür. Amma bir həftədən çoxdur ki qida qəbul edə bilmir. Mən onu həbs ediləndən sonra ilk dəfə görürdüm. O qədər zəifləyib ki, tanınmaz hala düşüb. 10 aydır Aydının üzünü görmürdüm. Onun heç bir günahı yoxdur. Amma günahı olmadığı halda cəzalandırıldı və bütün ailəmiz darmadağın oldu.

Aydın sapsağlam idi. Heç vaxt səhətindən gileylənməzdi. İndi isə həkim deyir ki, Aydının mədəsində şiş var. O, onkoloji xəstədir artıq. Sağlam adamı həbsxanaya salıb xərçəng xəstəsinə çevirdilər. Kimə deyim dərdimi bilmirəm. Uşaqları bilmir ki, ataları ölüm ayağındadır. Mənim həyat yoldaşım dindar da deyildi. Bəs onu niyə tutdular?”.

M.Qurbanova bildirdi ki, ailədə iki övladı böyüyür. Oğlu atası həbs edilməzdən öncə Gəncə Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş: “Aydın ailənin yeganə qazanc gətirəni idi. O həbs edildikdən sonra oğlum da oxuduğu universitetdən uzaqlaşmaq məcburiyyətində qaldı. İndi ofisiant işləyir ki, evə qazanc gətirsin. Üstəlik, 5 ildir ki, hər ay 385 manat pul köçürdüyümüz mənzildən çıxarıldıq. İndi kirayədə yaşayırıq”.