Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
“Gәncә işi” üzrә ekspertiza keçirilәcәk
2019-05-17 12:04:02

Mayın 16-da Sabunçu rayon mәhkәmәsindә keçirilәn "Gәncә işi" adlanan prosesdә tәqsirlәndirilәn şәxslәrin işgәncәlәrlә bağlı mәhkәmә-tibbi ekspertizasını keçirmәsi vәsatәti tәmin olunub.

AzadlıqRadiosuna bu barәdә mәlumat verәn hüquq müdafiәçisi Oqtay Gülalıyev bildirib ki, bu vәsatәt "Gәncә işi" ilә bağlı hәbs olunanların 3-cü vә 4-cü qruplara aiddir. "Artıq bu proses başlayıb. Ekspertlәr işgәncәlәr faktlarını araşdırmaq üçün zәruri tәdbirlәr görәcәklәr. Düzdür, hadisә üstündәn 10 ay keçib, lakin çoxusunun bәdәnlәrin üstündә hәlә dә işgәncәlәr izlәri qalıb".

Bundan әvvәl tәqsirlәndirilәn şәxslәrin işgәncәlәrlә bağlı ekspertizadan keçirilmәdiyini әlavә edәn hüquq müdafiәçisi bu addımı işgәncәlәrlә bağlı faktların ictimailәşdirmәsinin nәticәsindә atıldığını bildirdi.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).