Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Gürcüstanda azərbaycanlılar arasında işsizlik artıb
2019-05-17 14:22:02

Ötən il Gürcüstanda işsizlik səviyyəsi 12,7% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Sənədə əsasən, işsizliyin səviyyəsi illik müqayisədə 1,2% azalıb. 2018-ci ildə qonşu ölkədəki işsizlik göstəricisi son 15 ildə ən aşağı səviyyəyə enib.

Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində isə işsizlik səviyyəsi 1,2% artıb.

Gürcüstanda işsizlik səviyyəsi kişilər arasında daha yüksəkdir. Belə ki, ötən il kişilər arasında bu göstərici qadınlar arasındakı eyni göstəricidən 2,7% çox olub.