Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur as ar pr
Elinanın doğmaları istintaqı “işi ört-basdır” etmək niyyətində ittiham edirlər
2019-05-17 17:56:42

Bakıdakı 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın qırxı günündə - mayın 15-də onun doğmaları bəyanatla çıxış ediblər.

Elinanın doğmaları hesab edirlər ki, bu tədris müəssisəsinin 4-cü mərtəbəsindən özünü atan qız məktəbin direktoru Sevil Abbasova və Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın günahı ucbatından növbəti gün xəstəxanada ölüb. Qıza vaxtında tibbi yardım göstərilməyib. Ağır yaralanan E.Hacıyeva sağ qalıb və məktəb direktorunun kabinetinə yerləşdirilib. Təcili yardım isə gec çağırılıb.

Elinanın anası Sevil Hüseynova və nənəsi Solmaz Sadiqova Facebook-da məlumat yerləşdiriblər ki, ailənin istintaqa iradının olmaması barədə fikirlər yalandır, ailə susmayıb və 2019-cu il aprelin 4-də direktorun kabinetində baş vermiş cinayətin ədalətli araşdırılmasını tələb edir.

"Biz yenidən ədalətli təhqiqat istəyirik. Heç kimi cəzalandırmadan işi bağlamaq istəyirlər. Ekspertiza təyin etmirlər. İstintaq bizim ifadələrimizi dinləmir. Biz müstəntiqin dəyişdirilməsini tələb edirik. 40 gün ərzində müstəntiq bir dəfə də olsun Elinanın anasına telefon edib işin gedişatı haqda məlumat verməyib. Biz istəyirik ki, xalq bilsin. Bizim Elinanı öldürdülər. Bu, intihar deyil, bu, qətldir", - mətnin müəllifi, Elinanın rəfiqəsi bildirib. S.Hüseynovanın və S.Sadiqovanın bəyanatını o dərc edib. Səhifə Hitomi Kei adlanır.

Doğmaları bildirirlər ki, rayon İH başçısının müavini Xalidə Bayramovanın valideynlərin razılığı olmadan yaralı qızı və onun ifadələrini kameraya çəkməyə ixtiyarı yoxdur.

Küçə kameralarında qeydə alınıb ki, aprelin 4-də, Elinanın intihara cəhd etdiyi gün bir oğlan 162 saylı məktəbdən çıxır və aptekə gedir, hansısa həbləri alır və məktəbə qayıdır. Sonra hələ sağ olan Elina atasına deyir ki, özü "Tramal" preparatını içib․

"Uşağı necə qorxudublarsa həbləri içdiyini özü etiraf edib. Biz həmin gün direktorun kabinetində nələrin olduğunu bilmirik, ancaq Elinanın əllərinin üzərində başqa naməlum əl izləri olub, sanki onu harasa aparıblar. Biz bilmirik ona nə ediblər, biz bilmirik, onu necə qorxudublar", - Elinanın rəfiqəsi mərhum məktəblinin anası və nənəsinin sözlərinə istinadən yazıb.

O bildirib ki, sosial şəbəkələrdə statuslar dərc etdikdən sonra X.Bayramovanın iş yerindən ona telefon edərək anasını sürücülük hüququndan məhrum edəcəkləri ilə hədələyiblər.

Elinanın rəfiqəsi bildirir ki, məktəbin direktoru Sevinc Abbasova (aprelin 16-da məhkəmə onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçib) Elinanın mobil telefonunu götürərək WhatsApp-ı silib. Telefondakı sim-kartı çıxarıb qırıb, Elinanın qanını asfaltdan silib.

Cinayət yerində ekspertiza davam edir, nəticələr barədə ailəyə məlumat verilmir. Valideynlərin başqa ölkədən ekspert gətirməsinə imkan verilmir ki, bu da hakimiyyətin cinayət işini ört-basdır etmək niyyətində olması barədə şübhələr yaradır.