192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Neftin qiyməti 50 dollar olsa, hökumət yol ayrıcında qalacaq” – Ekspert
2018-11-23 15:40:30

2019-cu ilin Az'rbaycan dövlət büdcəsi layihəsinin qəbul edilməsi ərəfəsində ekspertlər xam neftin qiymətlərinin azalması fonunda fərqli ssenariləri nəzərdən keçirirlər. Neftin satışdan əldə edilən gəlirlər xərclərin yarısından çoxunu təmin edir. İqtisadçı Rövşən Ağayev neftin bir barrelin qiymətinin 50 və 55 dollar qiymətində dövlət büdcəsinin həyata keçirilməsi variantlarını öyrənib.

Ekspertin fikrincə, neftin 55 dollara qədər ucuzlaşması nə tədiyə balansı, nə də büdcə baxımından ciddi risk yaratmır. "Bu qiymət səviyyəsində yalnız hökumətin Neft Fonduna gələn il üçün planladığı 3 mlrd manata yaxın yığım mümkün olmaya bilər - yəni ən pis variantda Neft Fondunun gələn ilki gəlirləri tamamilə xərclənər" deyə R.Ağayev qeyd edir.