Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan informasiya azadlığı sahəsində Avropa standartlarından uzaqdır: ekspert
2019-05-18 12:24:39

Azərbaycanda informasiya azadlığı sahəsində qanunvericilik və real vəziyyət arasında böyük fərq var. Bu barədə Turan-a müsahibəsində media hüquqları sahəsində ekspert Xalid Ağaliyev bildirib.

Qanunvericiliyi haradasa qənaətbəşx hesab etmək olar. Belə ki, 2005-ci ildə qəbul edilmiş İnformasiya əldə edilməsi haqqında qanun üçün beynəlxalq təşkilatlar belə qeyd edirdilər ki, Azərbaycan qanunu digər ölkələr üçün nümunə ola bilər. Son 15 ildə isə bu qanuna bir çox düzəlişlər edilib. Qanunun keyfiyyəti xeyli dərəcədə aşağı düşüb.Amma qanun bu şəkildə belə təcrübədə çətinliklə tətbiq edilir, deyə Ağaliyev qeyd edib.

Dövlət informasiya resurslarının əlçatanlığı Avropa standartlarına uyğundur? Bu suala cavabda Ağaliyev deyib ki, Azərbaycan bu məsələlərdə xeyli geridə qalır və Avropa standartlarına hələ çox uzaqdır.

Dövlət qurumları öz resurslarında informasiya yerləşdirilməsi öhdəliklərini tam həcmdə yerinə yetirmirlər.

2018-ci ilin noyabrında Nazirlər Kabineti qərar qəbul edərək, dövlət orqanlarının üzərinə növbəti ilin 30 aprel tarixinə qədər illik maliyyə hesabatlarını dərc etmək öhdəliyi qoyub. Amma 30 dövlət qurumunun saytının monitorinqi göstərib ki, bu tələbi cəmi iki idarə - Rabitə Nazirliyi və Hesablama Palatası yerinə yetirib.

Qanunların "işləməsinə" görə məsuliyyət dövlət orqanlarının və vəzifəli şəxslərin üzərinə düşür, vətəndaş cəmiyyəti institutları isə buna nəzarət etməlidirlər.

"Təəssüf ki, vətəndaş cəmiyyətlərinin bu sahədə çalışması üçün gərəkli şərait hazırda yoxdur. Mən informasiya əldə etməsi haqqında qanun qəbul olunandan sonrakı 10 il ərzində mən şəxsən özüm dövlət qurumlarını necə əməl etməsi, informasiya əldə etməsi haqqında qanuna necə əməl edilməsi haqqında monitorinq aparmışam. Dövlət qurumları ilə bərabır işləyirdik qarşılıqlı əməkdaşlıq şəraitində. Hər il açıqlıq səviyyəsi artırdı. Bu vətəndaş cəmiyyətinin təsiri idi məsələn. İndi təəssüf ki o səviyyədə işləmək imkanları yoxdur", deyə Ağaliyev bildirib.

Siyasi iradə olarsa, dövlət qurumları vətəndaş cəmiyyəti qurumları ilə birlikdə informasiya şəffaflığı sahəsindəki problemləri rahatlıqla aradan qaldıra bilərlər.