Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər
2019-05-18 11:30:57

Almaniyada yaşayan mühacir Qabil Məmmədov deyir ki, mayın 15-də ailə üzvləri Tovuz Rayon Polis Şobəsinə aparılıb.

Mühacirin AzadlıqRadiosuna verdiyi məlumata görə, onun 12 yaxın qohumunu mülki maşınlara dolduraraq polis şöbəsinə aparıblar, elə həmin gün, mayın 15-də də sərbəst buraxıblar:

“Qohumlarımın üçü hərbiçidir. Onlardan biri xəstəxanada olub. Buna baxmayaraq, onları da polisə gətiriblər. Anamın 80 yaşı var, onu da aparıblar. Bundan əvvəl də qohumlarımı aparmışdılar. Hətta 6 yaşlı uşağı da sorğu-suala çəkmişdilər”.

Q. Məmmədov iddia edir ki, qohumlarının polisə aparılmasına səbəb onun sosial şəbəkədə aktivliyi, çəkdiyi videolarıdır.

Mühacir əlavə edib ki, polis şöbəsində qohumlarına ondan imtina etməsi barədə ərizə yazdırıblar. Üstəlik, o vurğulayır ki, qohumlarının onunla əlaqələri olub-olmadığını yoxlamaqdan ötrü mobil telefonlarını əlindən alıblar:

“Amma heç nə tapmayıblar. Atamın, anamın, qardaşlarımın telefonlarından sosial şəbəkədə video çıxışımın altında mesajlar yazıblar ki, məndən utanırlar və mənim kimi onların qohumu yoxdur. Bununla də yaydığım videoları sildirmək istəyiblər. Qohumların vasitəsilə mənə çatdırıblar ki, hakim ailədən danışmayım”.

Q.Məmmədov vurğulayır ki, bu təzyiqlərə görə sosial şəbəkələrdə fəaliyyətini dayandırmayacaq

Hələlik, bütün bu deyilənlərə Tovuz Rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.