Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
ER MP sədri Mirzoyan RF Federal Şurası Dövlət Dumasının sədri Volodin ilə görüşmüşdür
2019-05-20 11:32:34

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının növbədən kənar iclasında iştirak etmək üçün Bişkekdə olan Ermənistan Respublikasının Milli Parlament sədri Ararat Mirzoyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşmüşdür. ER Milli Parlamentindən verilən məlumata görə, tərəflər erməni-rus əməkdaşlığına dair məsələləri müzakirə edib. ER Milli Parlament sədri Ermənistanın Ermənistan-Rusiya strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsinə hazır olduğunu təsdiqləyib ki bu da , birmənalı şəkildə parlamentlər rəhbərlərinin müntəzəm təmaslarına yardım edəcəkdir. Ararat Mirzoyan qeyd edib ki, Ermənistan Milli Parlamenti 2019-cu ilin  payızınadək Yerevanda KTMT PA-nın plenar iclasları keçirməyə hazırdır.