Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Sәhiyyә Nazirliyinin qarşısında aksiya keçirən jurnalist saxlanıldı
2019-05-20 12:08:14

Kanal 8-in jurnalisti Teymur Kәrimov sәrbәst buraxılıb. Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn jurnalistin özü deyib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. Respublika Klinik Xәstәxanasında qan xәәngindәn әziyyәt çәkәb anasının müalicәsinә pul çatdıra bilmәdiyini deyәn jurnalist mayın 18-dә Sәhiyyә Nazirliyinin qarşısında aksiya tәşkil etmişdir.

Aksiyadan polis tәrәfindәn Nәsimi Rayonun 20-ci polis bölmәsinә sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparılan jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini aoruşublar vә izahat yazdırıblar. "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım".