Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Amerikalılar Artsax naminə” təşkilatı Azərbaycan tərəfindən atəşkəs rejimi pozuntularını məhkum etməyə səsləyir
2019-05-21 10:02:54

“Amerikalılar Artsax naminə” təşkilatı şurası beynəlxalq cəmiyyəti və ATƏT MQ həmsədrlərini səsləyir ki Azərbaycan tərəfndən 1994-cü ildə Artsax, Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs rejimi pozuntularını məhkum etsinlər.“2019-cu il mayın 12-də Dağlıq Qarabağ Respublikası, Ermənistan Respublikası və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 25 ili tamam oldu və o da sülh danışıqları üçün tarixi əsas oldu.Atəşin və hərbi əməliyyatların dayandırılmasıçün həmin sazişin əhəmiyyətini qeyd etməklə Xarici işlər naziri Masis Mailyan qeyd edib ki, 1994-cü il mayın 12-də üçtərəfli saziş, əslində münaqişənin həllində yeganə real uğur idi.“Amerikalılar Artsax naminə” təşkilatı fəxr edir ki, atəşin dayandırılması rejimi diplomoatik vasitələrlə davam edir. Bu isə , ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində ABŞ-ın sülh danışıqlarında həmsədrliyini nəzərdə tutur. Son vaxtlar Azərbaycan tərəfindən atəşkəs rejiminin pozuntuları, Ermənistan və Azərbaycan rəsmiləri arasında formalaşmış azad təmasları məhdudlaşdırmaqla yanaşı, sülh prosesinin müsbət siqnallarını tamamilə dayandırmalı olacaq. 2019 mayın 4-də, Artsaxın Silahlı Qüvvələriində 21 yaşlı hərbi xidmətçi Aqanik Zoroğlyan Azərbaycanın silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti pozuntusu nəticəsində təmas xəttində snayper atəşindən yaralanıb.Zoroqlyan vəziyyətinin ağır olduğu üçün dərhal hava yolu ilə Yerevanda olan hərbi hospitala çatdırılıb . Azərbaycanın oxşar zorakalıq aktı beynəlxalq cəmiyyət tərəfindən kifayət qədər layiqincə cavab tələb edir: “Amerikalılar Artsax naminə” təşkilatı ATƏT Minsk qrupu üzvlərini səsləyir ki, Azərbaycan tərəfindən atəşkəs rejiminin pozuntuları dərhal və  qətiyyətli şəkildə  məhkum etsin.“Amerikalılar Artsax naminə” təşkilatı Azərbaycanın hökumətindən tarixi sazişin tələblərinə əməl etməyi tələb edir. Biz Azərbaycanı, hərbi əməliyyatları dayandırmağa və münaqişənin sülhlə nizamlanması məsuliyyətini öz üzərinə götürməyi səsləyirik”-deyərək bəyanatda bildirilib.