Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Qazaxıstan Baş naziri:” Qazaxıstan Ermənistanla iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır”
2019-05-21 10:59:19

Qazaxıstana işgüzar səfərdə olan Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Qazaxıstan Baş naziri Asqar Mamin ilə görüşüb.Qazaxıstan Baş naziri qeyd edib ki, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı üçün potensial olduqca böyükdür, lakin bu, tam şəkildə həyata keçirilmir.“Bizim qarşılıqlı maraq doğuran bütün sahələrdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün tam istəyimiz vardır”- deyə Askar Mamin bildirib. Ermənistan Prezidenti və Qazaxıstan Baş naziri, xüsusilə kənd təsərrüfatı, informasiya texnologiyaları, enerji, infrastruktur, təhsil və turizm sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçirmişdir.