Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Zohrab Mnatsakanyan BMT-nin Baş katibinin köməkçisinin müaviniylə görüşüb
2019-05-21 13:44:39

Ermənistan Respublikasının Xarici işlər  naziri Zohrab  Mnatsakanyan  BMT-nin  Baş katibinin  köməkçisinin  müavini, UN Women-in  icraçı  müdirinin müavini Osa Regneriylə görüşüb. ER XİN-dən  bildirildiyinə əsasən,  nazir Mnatsakanyan hökumətin gündəmində qadın hüquqlarına xüsusi diqqət yetirildiyini vurğulayaraq,  Ermənistanda gender bərabərliyi və qadınların irəliləyişi istiqamətində son nailiyyətləri təqdim edib. Nazir  bu məsələlərdə mövcud çağırışlara və onların aradan qaldırılması istiqamətinə toxunub.

Ermənistanın Xarici işlər naziri 2020-2021-ci ildə BMT-nin  Qadınlar  vəziyyəti komissiyasında Ermənistanın sədrliyi, İqtisadi və Sosial  Şurasında və İnsan  Hüquqlarının  Şurasında, Avropa Şurasında, ATƏT-də, Frankofoniya təşkilatında Ermənistanın addımları və təşəbbüslərinə toxunub.

Beynəlxalq  formatda qadınların hüquqları ilə bağlı  Ermənistanın cari  fəaliyyəti və  həyata keçirilən  proqramlarına dair fikir mübadiləsi aparılıb.

Osa Regner  UN Women-in qadın hüquqları  sahəsində ER hökuməti tərəfindən  həyata keçirilən proqramlarını tam dəstəklədiyini bildirib və  əməkdaşlığın  bir sıra təkliflərini  təqdim edib.