Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Sorğu: Gürcüstan azərbaycanlılarının 68%-i işsizdir
2019-05-21 14:56:18

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib.

Respondentlərin 32%-i isə işlədiyini bildirib.

Sorğu zamanı azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə də münasibətləri öyrənilib. Nəticələrə əsasən, onların 37%-i dəyişiklikləri müsbət, 36%-i mənfi qiymətləndirib, 25%-i isə “bilmirəm” deyə cavab verib.

NDI sorğunu bu ilin 28 mart - 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb.